Xəbər lenti

Ramil Usubovdan yeni təyinat
Ölkə06:20 19.03.2015

Ramil Usubovdan yeni təyinat

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Daxili İşlər Nazirliyində (DİN) yeni kadr təyinatı olub. Qaynar.info "Report"a istinadən xəbər verir ki, nazir general-polkovnik Ramil Usubovun əmri ilə Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) İstintaq Şöbəsinin rəisi polis polkovnik-leytenantı Cəfər Rəhmanov işdən çıxarılıb. 
O, DİN-in Baş İstintaq və Təhqiqiat İdarəsinə müstəntiq təyin olunub. Nazirin digər əmrinə əsasən, Sumqayıt ŞPİ-nin Təhqiqat Şöbəsinin rəisi polis polkovnik-leytenantı Bəhruz Cabbarov idarənin İstintaq Şöbəsinin rəisi təyin edilib.
Qeyd edək ki, işdən çıxarılan C.Rəhmanov buna qədər uzun illər Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin rəisi işləyib.
Qaynar.info