Xəbər lenti

Sürücülərə şad xəbər
Ölkə07:00 16.03.2015

Sürücülərə şad xəbər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə xəbərdarlıq edib. 
Qaynar.info NİİM-in səhifəsinə istinadən xəbər verir ki, Heydər Əliyev Mərkəzinin qarşısından gələrək yolötürücüsünün alt hissəsində dönmə əməliyyatı edib yenidən Heydər Əliyev prospektinə qayıdan nəqliyyat vasitələri üçün yaranan çətinlikləri aradan qaldırmaq məqsədilə genişləndirilmə işi həyata keçirilib. 
Eyni zamanda Yusif Səfərov küçəsi və Babək prospektindən gələn nəqliyyat vasitələri üçün yaranan maneələri nəzərə alaraq həmin ərazidə yolun hərəkət hissəsi 1 zolağa uyğun genişləndirlib. Bu, ərazidə olan sıxlığın aradan qaldırılmasına hesablanıb.
Qaynar.info