
Bu gün Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan hüquq müdafiəçisi Rəsul Cəfərovun məhkəməsi davam edib. Bu barədə Musavat.com-a reportyorumuz xəbər verib.
Onun sözlərinə görə, prosesdə şahidlər ifadə verdilər.
Daha sonra məhkəmə prosesi təxirə salınıb və 12 mart saat 10:30-a təyin edilib. Növbəti məhkəmə şahidlərin ifadələri ilə davam edəcək.
Rəsul Cəfərov ötən il avqustun 2-də həbs olunub, qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə ittiham olunur.
Müdafiə tərəfi ittihamı rədd edir.
«Amnesty International» təşkilatı onu «vicdan məhbusu» kimi tanıyıb.
Qaynar.info

