Xəbər lenti

Sabah hava necə olacaq?
Ölkə08:45 12.02.2015

Sabah hava necə olacaq?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sabah ölkə ərazisində yağıntılı hava gözlənilir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Qaynar.info-ya verilən məlumata görə, fevralın 12-də Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacaq, mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 2-4, gündüz 6-8 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da fevralın 12-də hava arabir yağıntılı olacaq, dağlıq və dağətəyi rayonlarda sulu qar, qara keçəcək. Qərb küləyi bəzi rayonlarda yağıntılarda qısa fasilələr olacaq. Qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu aran rayonlarında gecə 0-5, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

Qaynar.info