Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Qaynar.info-ya verilən məlumata görə, bu gün saat 1000-dan işlər başa çatanadək Səbail, Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.
Fasilələrin yaranması qaz sızmasının ləğvi və yeni çəkilmiş qaz kəmərinin mənbəyə birləşdirilməsi ilə əlaqədardır.
Qeyd edək ki, ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyi tərəfindən istehlakçıların təbii qazla fasiləsiz təchiz edilməsi istiqamətində görülən işlərin nəticəsi olaraq, 1 yanvar 2014-cü il tarixə olan məlumata görə, ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1 milyon 647 min 906-a çatıb.
Qaynar.info