Xəbər lenti

Metroda daha bir yenilik
Ölkə05:40 06.02.2015

Metroda daha bir yenilik

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Ultra Tecnologies” şirkəti “Bakı Metropoliteni” QSC üçün maliyyə və mühasibat uçotu sisteminin tətbiqinə başlayıb.
Şirkətdən bildirilib ki, yeni sistem maliyyə məlumatlarının sistemləşdirilməsinə imkan yaradacaq. Bundan əlavə, tikinti işlərinin smetasının tərtibi, pul vəsaitlərinin idarə olunması, izlənməsi, xərclərin qruplaşdırılması, smeta üzrə qalıq hesabatların hazırlanması, qəbul edilmiş obyektlərin balansa götürülməsi də sistemin yaratdığı funksional imkanlardır. 
Beləliklə, QSC-nin tabeliyindəki baş idarənin və 26 qurumun işini vahid mərkəzdən idarə etmək mümkün olacaq.
Şirkətin analitikləri bildirirlər ki, sistemin tətbiqi nəticəsində “Bakı Metropoliteni” QSC maliyyə, uçot siyasətinin effektiv təşkili və optimallaşdırılması, beynalxalıq İFRS hesabatlarına keçid və digər bu kimi üstünlüklər əldə edəcək.//anspress
Qaynar.info