Xəbər lenti

Zakir Həsənov tapşırıq verdi - FOTOLAR
Ölkə18:56 03.02.2015

Zakir Həsənov tapşırıq verdi - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Müdafiə naziri general-polkovnik Zakir Həsənov irimiqyaslı təlimlərin səhra şəraitində yaradılmış əsas komanda məntəqəsində olub. Qaynar.info xəbər verir ki, müdafiə nazirinin rəhbərliyi ilə təlim bölgəsində müşavirə keçirilib.
Müşavirədə təlimlərə cəlb edilən birləşmə və hərbi hissələrin komandir və rəis heyətinin təlimlərdə fəaliyyətləri, planları və qəbul etdikləri qərarlarla bağlı məruzələri dinlənilib.
Müşavirədə çıxış edən müdafiə naziri təlimlərin əhəmiyyətindən və qarşıda duran vəzifələrdən danışaraq müvafiq tapşırıq və göstərişlər verib.
Qaynar.info