Xəbər lenti

Şəhidimiz dəfn edildi - VİDEO
Ölkə13:13 26.01.2015

Şəhidimiz dəfn edildi - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Təxribat nəticəsində şəhid olan Elşən Əfəndiyev doğulduğu Zaqatala rayonunun Yuxarı Çardaxlar kəndində dəfn olunub. 
ANS TV-nin məlumatına görə, 20 yaşlı şəhid Elşən Əfəndiyev yanvar ayında hərbi xidmətə gedib. O xidmət etdiyi dövrdə nümunəvi davranışına görə bir neçə dəfə ordu rəhbərlyi tərəfindən mükafatlandırılıb. 
Şəhid ölümündən sonra müdafiə nazirinin əmri ilə 3-cü dərəcəli medalla təltif edilib. Bu ailənin Qarabağ döyüşlərində verdyi 3-cü şəhiddir.
Şəhidin əmisi Ədalət Əfəndiyev Elşənin həm əmisinin, həm də dayısının şəhid olduğunu bildirdi. O şəhidliyin hər bir əsgərə nəsib olmadığını və Elşənlə fəxr etdiyini deyir.
Allah rəhmət etsin!
Qaynar.info