Xəbər lenti

Qar yağacaq
Ölkə09:57 16.01.2015

Qar yağacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sabaha olan hava proqnozu açıqlandı.

Yanvarın 17-də Bakı və Abşeron yarımadasında dəyişkən buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeorologiya Departamentindən Qaynar.info-ya verilən məlumata görə, şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 1-3, gündüz 5-8 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında isə hava şəraitinin arabir yağıntı olacağı, dağlıq və dağətəyi ərazilərdə qar yağacağı gözlənilir. Bəzi şərq rayonlarında intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 2-7 şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.

Qaynar.info