Xəbər lenti

Qar yağacaq
Ölkə11:47 15.01.2015

Qar yağacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraitinin pisləşəcəyi ilə bağlı xəbərdarlıq edib.

Qaynar.info-ya daxil olan məlumata görə, yanvarın 17-dən 19-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə 2-5 dərəcə aşağı enəcək.

Qaynar.info