Xəbər lenti

Ramil Usubovdan yeni rəis təyinatı
Ölkə09:33 21.11.2014

Ramil Usubovdan yeni rəis təyinatı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin rəisi polkovnik-leytenant Lətif Cahangirov Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin rəisi təyin edilib.

Axar.az-ın məlumatına görə, 11-ci polis bölməsinin rəisi polkovnik-leytenant Anar Həsənov az öncə vəzifəsindən azad edilərək sərəncama göndərilmişdi.

Məlumatı Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsindən Axar.az-a təsdiqləyiblər. Növbətçi hissədən verilən məlumata görə, artıq Lətif Cahangirov yeni vəzifəsini icra edir.

Qaynar.info