
Bakının 20 Yanvar dairəsində bağlanan yol açılacaq. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Qaynar.info-ya verilən məlumata görə, aparılan təmir işləri bu axşam başa çatdırılacaq.
Həmin ərazidə nəqliyyat vasitələrinin hərəkəti noyabrın 21-də səhər saatlarından etibarən bərpa ediləcək.
Qeyd edək ki, noyabrın 19-da başlamış təmir işləri ilə əlaqədar “20 Yanvar” dairəsinə giriş müvəqqəti bağlanmışdı.
Qaynar.info