
Noyabrın 14-də Bakıda və Abşeron yarımadasındahava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq, gecə bəzi yerlərdə çiskinli yağış yağacaq, səhər tədricən kəsiləcək, hava gün ərzində əsasən yağmursuz keçəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Qaynar.info-ya bildirilib ki, mülayim cənub küləyi gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 8-11, gündüz 14-18 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu, nisbi rütubət gecə və axşam 85-95, gündüz 60-70 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, cənub rayonlarında isə az yağış yağacağı ehtimal olunur. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 5-10, gündüz 13-18, dağlarda gecə 0-5 dərəcə isti, bəzi yerlərdə 3 dərəcə şaxta, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.
Qaynar.info