
Bakını mərkəzində əsas yollardan biri bağlanacaq.
Anspress-in məlumatına görə, bu barədə “Azəryolservis” ASC-dən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə bildirilib. Verilən məlumata görə, bu gün saat 22:00-dan etibarən 04:00-dək Heydər Əliyev prospekti - əsas yolda nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Ərazi yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bağlanacaq.
Sürücülərə alternativ olaraq Heydər Əliyev prospekti - kənar yollardan istifadə etmələri tövsiyə olunur.
Qaynar.info