Xəbər lenti

Azərbaycana qar yağdı
Ölkə09:33 27.10.2014

Azərbaycana qar yağdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycana qar yağıb. Qaynar.info Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, oktyabrın 26-sı gündüzdən oktyabrın 27-si səhərədək ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti davam edib, yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağıb, Lənkəran-Astara zonasında güclü olub. 

Ən çox düşən yağıntının miqdarı Lənkəran-Astara zonasında 14-77, Bakıda və Abşeron yarımadasında 1-19, Böyük Qafqazda 1-9, Kiçik Qafqazda 5-11, Qazax-Gəncə zonasında 1-7, Naxçıvan MR-da 1-8, Mərkəzi Aran rayonlarında 2-5 mm təşkil edib.

Oktyabrın 26-da maksimal temperatur Bakıda və Abşeron yarımadasında 7-9, Aran rayonlarında 7-10, dağlıq rayonlarda 7 dərəcəyədək, Naxçıvan MR-da 14-18 dərəcə isti təşkil edib.

Qaynar.info