Xəbər lenti

Artur Rasizadədən vacib Qərar
Ölkə07:45 26.10.2014

Artur Rasizadədən vacib Qərar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Baş nazir Artur Rasizadə Azərbaycanın bütün xəstəxanalarında "Diridoğulmanın beynəlxalq meyarları"nın tətbiq edilməsi haqqında qərar verib. 

Qaynar.info xəbər verir ki, qərar Səhiyyə Nazirliyinin təklifi əsasında qəbul edilib.

Qərarda bildirilir: 

1. Tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, Azərbaycan Respublikasının bütün səhiyyə müəssisələrində 2015-ci il yanvarın 1-dən Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi "Diridoğulmanın beynəlxalq meyarları" tətbiq edilsin.

2. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi bu qərardan irəli gələn məsələləri həll etsinlər.

Qeyd edək kki, bu məsələ Azərbaycan prezidenti tərəfindən təsdiqlənən “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı”nda əksini tapıb.

Qaynar.info