
Yeraltı təkanlar yerli vaxtla 14:45-də qeydə alınıb
Azərbaycanda zəlzələ baş verib.
Qaynar.info Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadla verdiyi məlumata görə, təkanlar yerli vaxtla 14:45-də, Qazaxdan 28km Şimal-Şərqdə, Ağstafada qeydə alınıb.
8 km dərinlikdə baş verən təkanların maqnitudası 4,1 bal gücündə olub.
Zəlzələ hiss olunmayıb.
Qaynar.info