Xəbər lenti

Sabah hava necə olacaq?
Ölkə10:38 02.10.2014

Sabah hava necə olacaq?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, oktyabrın 3-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.

Günün birinci yarısında az yağış yağacağı, günün ikinci yarısında havanın dəyişkən buludlu olacağı gözlənilir. Gündüz şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 13-15, gündüz 15-19 dərəcə isti olacaq.

Oktyabr 3-5-də Abşeron yarımadasında mülayim hava şəraiti meteohəssas insanlar üçün nisbətən əlverişli olsa da, rütubətli havaların üstünlüyü bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.

Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış yağacaq. Mülayim qərb küləyi əsəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Aran rayonlarında gecə 10-15, gündüz 19-24, dağlarda gecə 1-6, gündüz 6-10 dərəcə isti olacaq.  

Qaynar.info