Xəbər lenti

Hava necə olacaq?
Ölkə09:39 26.09.2014

Hava necə olacaq?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Hava şəraiti kəskin dəyişəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraitinin dəyişəcəyi haqqında ilkin xəbərdarlıq yayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki,  sentyabrın son günlərində ölkə ərazisində qeyri-sabit hava şəraitinin üstünlük təşkil edəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir. 

Sentyabrın 29-30-da isə hava şəraitinin daha da kəskinləşəcəyi, şimal-qərb küləyinin güclənəcəyi, bəzi ərazilərdə isə şiddətlənəcəyi ehtimalı var. Sentyabrın 29-30-da havanın temperaturu ötən günlərlə müqayisədə kəskin olaraq 5-10 dərəcə enəcək.

Qaynar.info