
Sabah ölkə ərazisinə buludlu hava şəraiti davam edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan bildiriblər ki, sentyabın 26-sı Bakıda və Abşeron yarımadasında səhər və axşam bəzi yerlərdə yağış yağacaq.
Şimal küləyi əsəcək, gündüz arabir güclənəcək. Temperaturun gecə 16-18°, gündüz 20-25° olacaq. Atmosfer təzyiqi 760-763 mm civə sütunu, nisbi rütubət 75-85% təşkil edəcək.
Böyük və Kiçik Qafqazın bəzi ərazilərində, Lənkəranda şimşək çaxacağı, yağış yağacağı ehtimal olunur. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Aran rayonlarında gecə 13-18°, gündüz 22-27°, dağlıq ərazilərdə gecə 4-9°, gündüz 10-15° isti olacağı gözlənilir.
Qaynar.info