Xəbər lenti

Ötən gecə cəbhədə nə baş verib? - RƏSMİ
Ölkə04:30 25.09.2014

Ötən gecə cəbhədə nə baş verib? - RƏSMİ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Cəbhə xəttində atəşkəs yenidən pozulub.

Müdafiə Nazirliyindən Qaynar.info-ya verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Sarıcalı, Kəngərli və Baş Qərvənd kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Qarşı tərəf cavab atəşi ilə susdurulub.

Qeyd edək ki, ötən gün də erməni silahlı bölmələri Füzuli rayonunun Qorqan, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Baş Qərvənd, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Qaynar.info