Xəbər lenti

Sabah hava necə olacaq?
Ölkə08:49 20.09.2014

Sabah hava necə olacaq?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sentyabrın 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA-ya verilən məlumata görə, mülayim şimal küləyi əsəcək. 

Havanın temperaturu gecə 18-20, gündüz 20-25 dərəcə isti olacaq.

Azərbaycanın bölgələrində sabah bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı proqnozlaşdırılır. 

Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 17-22, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 11-16 dərəcə isti təşkil edəcək.

Qaynar.info