Xəbər lenti

Cəbhədən xəbər var
Ölkə04:50 16.09.2014

Cəbhədən xəbər var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Cəbhə xəttində atəşkəs yenidən pozulub.

Müdafiə Nazirliyindən Qaynar.info verilən məlumata görə, erməni silahlı bölmələri bu gecə Ağdam rayonunun Şirvanlı kəndi ərazisində yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Qarşı tərəf cavab atəşi ilə susdurulub.

Qeyd edək ki, erməni silahlı bölmələri ötən gecə də atəşkəsi pozublar. Erməni silahlı bölmələri Ağdam rayonunun Novruzlu, Sarıcalı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. 

Qaynar.info