Xəbər lenti

Prezident sərəncam imzaladı
Ölkə15:01 08.09.2014

Prezident sərəncam imzaladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan prezidenti İlham Əliyev Siyəzən rayonunun Siyəzən-Böyük Həmyə-Balaca Həmyə-Çəndəhar avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

Qaynar.info-nun məlumatına görə, 28 min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Siyəzən-Böyük Həmyə-Balaca Həmyə-Çəndəhar avtomobil yolunun tikintisi məqsədi ilə Prezidentin ehtiyat fondundan Siyəzən Rayon İcra Hakimiyyətinə ilkin olaraq 3 milyon manat ayrılıb. 

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Qaynar.info