Xəbər lenti

İlham Əliyev sərəncam imzaladı
Ölkə07:05 01.09.2014

İlham Əliyev sərəncam imzaladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan prezidenti İlham Əliyev Füzuli rayonunda yeni avtomobil yolunun tikintisi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, 12 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Birinci və On birinci Qayıdış qəsəbələrarası avtomobil yolunun tikintisi məqsədilə 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan prezidentinin ehtiyat fondundan Füzuli Rayon İcra Hakimiyyətinə ilkin olaraq 2 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Qaynar.info