Xəbər lenti

Əsgərlərimiz and içdi - FOTOLAR
Ölkə13:05 16.08.2014

Əsgərlərimiz and içdi - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dövlət Sərhəd Xidmətinin (DSX) Horadiz Sərhəd Dəstəsində gənc əsgərlərin Vətənə sədaqət andı içməsinə həsr olunan mərasim keçirildi.

Hərbi hissənin şəxsi heyətinin və əsgər valideynlərinin iştirakı ilə keçirilən mərasimin əvvəlində təntənəli marşın sədaları altında hərbi hissənin döyüş bayrağı meydana gətirildi.

Sonra Azərbaycanın Dövlət himni oxundu və gənc əsgərlər Vətənə sədaqət andı içdilər.

Mərasimdə çıxış edən hərbi hissənin komandiri, polkovnik-leytenant İlham Babayev, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə, Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyinin sədri Emin Həsənli və valideynlər gənc əsgərləri əlamətdar gün münasibətilə təbrik etdilər.
Ölkəmizdə bütün sahələrdə olduğu kimi, ordu quruculuğunda da qazanılan uğurlardan danışan natiqlər respublikanın sərhədlərinin keşiyində duran əsgərlərə Vətənə sədaqətlə xidmət etməyi, sərhədlərimizi göz bəbəyi qorumağı tövsiyə etdilər. Bildirildi ki, bu gün hərbi andı qəbul edən hər bir əsgər Vətəni Azərbaycana və onun xalqına sadiq olacağına söz verərək öz üzərinə mənəvi və hüquqi məsuliyyət götürür. Artıq həmin andan etibarən hər bir əsgər Silahlı Qüvvələrin tam hüquqlu üzvü kimi əlində silah Azərbaycan Respublikasının mənafeyinin, ərazi bütövlüyünün və müstəqilliyinin qorunmasına hazır olmalıdır.

Mərasimin sonunda hərbi hissənin şəxsi heyəti təntənəli marşın sədaları altında tribuna önündən keçdi.
Xidmətdə fərqlənən əsgər və zabitlərə fəxri fərman və hədiyyələr təqdim olundu (AzerTAc).

Qaynar.info