Xəbər lenti

Sürücülərə ŞAD XƏBƏR
Ekonomiks17:53 15.04.2015

Sürücülərə ŞAD XƏBƏR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Heydər Əliyev prospektinin Heydər Əliyev Mərkəzinin qarşısından Böyükşor qovşağına qədər olan hissəsində aparılan təmir işləri sürətlə davam etdirilir.
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin Mətbuat Katibliyindən "Report"a verilən məlumata görə, səhər saatlarından həmin hissədə asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb. Təmir çərçivəsində nəzərdə tutulan digər işlər də paralel olaraq həyata keçirilir.
"Hava şəraiti normal keçərsə, yaxın günlərdə asfalt-beton işləri tamamilə yekunlaşacaq", - "Azəryolservis"dən bildirilib.
Qaynar.info