Xəbər lenti

İlham Əliyev sərəncam verdi
Ölkə13:38 30.07.2014

İlham Əliyev sərəncam verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yeni inzibati binasının tikilməsi haqqında” sərəncam imzalayıb.

Qaynar.info-nun xəbərinə görə, sərəncamla Dövlət Miqrasiya Xidmətinə onun yeni inzibati binasının tikilməsi üçün Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Qaynar.info