Xəbər lenti

Bayram günü hava necə olacaq?
Ölkə08:33 28.07.2014

Bayram günü hava necə olacaq?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq.
İyulun 29-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Qaynar.info-ya verilən xəbərə görə, mülayim şimal küləyi əsəcək, gecə və səhər arabir güclənəcək.
Havanın temperaturu Bakıda gecə 22-24, gündüz 31-33, Abşeronda gecə 21-24, gündüz 29-34 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Lakin gecə və axşam yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. 
Havanın temperaturu gecə 19-24, gündüz 32-37, dağlarda gecə 11-16, gündüz 23-28 dərəcə isti olacaq.
Qaynar.info