
Həbsdə olan “Nida”çı Rəşadət Axundov iyulun 3-də saxlandığı Bakı İstintaq Təcridxanasında ailəsi ilə görüşüb.
Fəalın atası Fikrət Axundov “Media forum” saytına deyib: “Rəşadət yoldaşı və oğlu Arazla görüşüb. Görüş şüşə arxasından deyil, açıq şəraitdə keçirilib. Saxlanma şəraiti və səhhətindən şikayəti yoxdur. Əhvalı yaxşıdır”.
Rəşadət Axundov 1984-cü ildə Beyləqanda doğulub. Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Mərkəzi Avropa Universitetində (Budapeşt) işgüzar idarəçilik üzrə magistr dərəcəsi qazanıb. Ailəlidir, bir oğlu var.
Fəal ötən ilin mart-aprel aylarında 7 “Nida”çı gənclə həbs olunub, kütləvi iğtişaşları təşkil etmə cəhdində təqsirli bilinib və 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası alıb.
Qaynar.info