Xəbər lenti

Bakı metrosunda HƏYƏCAN - FOTOLAR
Ölkə06:24 24.06.2014

Bakı metrosunda HƏYƏCAN - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün “Bakı Metropoliteni” QSC-nin “Elmlər Akademiyası” stansiyasında baş verən hadisə sərnişinlə üçün problem yaradıb. 

AzNews.az-ın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, təşvişə səbəb “Elmlər Akademiyası” stansiyasının birdən-birə eskalatorunun işləməməsi olub. Nəticədə stansiyada dəhşətli sıxlıq yaranıb. Sıxlıq 1 saata yaxın müddətdə davam edib. 

Nəticədə 100-lərlə sərnişin stansıyadan çıxmasında çətinlik yaranıb və bu da ciddi narahatlığa səbəb olub. 

Hadisə yerinə gələn stansiyanın texniki xidmət personalı eskalatorun xarab olmasının səbəbini belə açıqlayıb: “Ümumiyyətlə, eskalatorun köhnə olması səbəbindən mütəmadi olaraq burada problemlər yaranır və bizdə bu problemin bacardığımız qədər həll etməyə çalışırıq”.