Xəbər lenti

Polis olmaq istəyənlərin nəzərinə
Ölkə14:53 23.06.2014

Polis olmaq istəyənlərin nəzərinə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsi polis orqanlarında işləmək arzusunda olan gəncləri dəvət edir. 

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, qəbula gələn şəxslər Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər. 

Polisin sıravi və kiçik rəis heyəti vəzifələrində və Daxili Qoşunların müddətdən artıq hərbi xidmətində işləmək arzusunda olan, yaşı 20 ilə 30 arasında, boyu 180 santimetr və yuxarı, idman cüssəli, həqiqi hərbi xidmət keçmiş şəxslər müraciət edə bilər. Müraciət edənlər əvvəllər məhkum olunmayan şəxslər olmalıdır. Müraciət edənlər tam orta təhsilli olmalıdırlar. Müraciətlər Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayon sakinləri 28 iyun 2014-cü il tarixdə saat 13.00-da Quba Rayon Polis Şöbəsində Azərbaycan Respublikasının daxili işlər naziri tərəfindən qəbul ediləcəklər.

Boyu 180 santimetrdən aşağı olan vətəndaşlar işlə təmin olunmaları ilə əlaqədar qəbul edilməyəcəklər.

Qaynar.info