
Bakıda bəy toy günü faciəvi şəkildə dünyasını dəyişib.
AzVision.az-a daxil olan məlumata görə, "20 Yanvar" metrostansiyasının yaxınlığında yerləşən hündürmərtəbəli yaşayış binalarından birində lift qırılıb.
"Qaynar" FHN-in sayına istinadən xəbər verir ki, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nəsimi rayonunda 11 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açıb və vətəndaşların çıxmasına şərait yaradıblar.
Əməliyyat saat 19:24-də başa çatıb.
Qeyd edək ki, öncə mətbuatda hadisə zamanı bəyin həlak olması xəbəri yayılsa da, daha sonra onun həyatının xilas edildiyi bildirilir.
Qaynar.Az