
Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Qaynar.info-ya daxil olan məlumata görə, təmir-bərpa işləri, eləcə də qaz ölçü qovşaqlarında daraldıcı qurğuların sərfiyyata uyğun yeniləri ilə əvəzlənməsi və sərfölçən cihazların metroloji göstəricilərinin təftiş olunması ilə əlaqədar bu gün saat 17:00-dək İsmayıllı və Səbail rayonlarının bir hissəsinə, qazpaylayıcı stansiyada qaztənzimləyici qurğuların dəyişdirilməsi ilə əlaqədar isə saat 18:00-dək Yevlax rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.
Qaynar.info