Xəbər lenti

Sabah hava necə olacaq?
Ölkə09:38 29.03.2017

Sabah hava necə olacaq?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən “Qaynar”a verilən məlumata görə, martın 30-da Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz olacaq. Bəzi yerlərdə zəif duman olacaq. Şimal-şərq küləyi gündüz arabir güclənən cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 4-7, gündüz 13-18 dərəcə isti, Bakıda gecə 5-7, gündüz 15-17 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 769 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-8, gündüz 18-23 dərəcə isti, dağlarda gecə 0-5, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.  

Qaynar.Az