
Saat 11:00-dan etibarən şossedə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Binəqədi şossesində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumata əsasən, yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 11:00-dan etibarən, Binəqədi şossesində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Təmir işlərini “Azəryolservis” ASC həyata keçirir.
Qeyd edək ki, bu gün səhər saatlarında Bakının ən böyük prospektlərindən biri olan "Nobel" prospektində uzun tıxac yaranıb. Tıxac "Nargilə" kafesinin yanından başlayıb.
Qaynar.info