Xəbər lenti

Sabah hava necə olacaq?
Ölkə08:03 17.04.2014

Sabah hava necə olacaq?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı və Abşeron yarımadasında aprelin 18-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında deyib ki, gecəyə doğru yarımadanın bəzi yerlərində qısa müddətli az yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 7-12, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında aprelin 18-də hava şəraitinin əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq rayonlarda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 7-13, gündüz 20-25, dağlarda gecə 4-9, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.

Tibbi meteoroloji proqnoza gəlincə, yaxın 3 gün ərzində komfort temperatur şəraiti meteohəssas insanlar üçün əlverişlidir. 

Qaynar.info