Xəbər lenti

Sürücülərin nəzərinə
Ölkə05:58 16.04.2014

Sürücülərin nəzərinə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə xəbərdarlıq edib. 

Qaynar.info NİİM-nin saytına istinadən xəbər verir ki, “Azəryolservis” ASC-dən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə verilən məlumata əsasən, yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 11:00-dan Nobel prospektində (Zığ şossesi istiqamətində) yolun 2 zolağında nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. 

Sürücülərə alternativ olaraq Babək prospektindən istifadə etmələri tövsiyə olunur.

Qaynar.info