
Bakıda və Abşeron yarımadasında yaxın üç gün ərzində hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq, gün ərzində isə əsasən yağmursuz keçəcək.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib. O, bildirib ki, aprelin 10-da gecə və axşam, 11-də gecəyə doğru yarımadanın bəzi yerlərində az yağış yağacağı gözlənilir.
Ayın 11-də axşam saatlarında cənub küləyi şimal-qərb küləyi ilə əvəz olunacaq. Aprelin 11-dən 12- nə keçən gecə və səhər saatlarında şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gündüz saatlarında 12-18 dərəcə arasında dəyişəcək.
Bəzi dağlıq və dağətəyi rayonlarda axşam və gecə saatlarında şimşək çaxacağı qısa müddətli yağış yağacağı gözlənilir. Aran rayonlarında havanın temperaturu 13-18 dərəcə, dağlıq ərazilərdə isə 8-13 dərəcə isti olacaq.
Qaynar.info