
Bakının Xəzər rayonunda ölümlə nəticələnən yanğın olub.
Qaynar.info-nun FHN-in saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Xəzər rayonunda 1960-cı il təvəllüdlü Varmakov Veris Borisoviçə məxsus, ümumi sahəsi 25 kv.m olan, tikintisi başa çatmamış birmərətbəli 2 otaqlı evin 1 otağında ev əşyaları 8 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğının kəşfiyyatı zamanı ev sahibi V. Varmakovun meyiti aşkar olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Qaynar.info