Xəbər lenti

Leyla Əliyeva uşaqlarla rəqs etdi - FOTOLAR
Ölkə10:36 19.03.2014

Leyla Əliyeva uşaqlarla rəqs etdi - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Heydər Əliyev Fondunun təşəbbüsü ilə martın 18-də xüsusi qayğıya ehtiyacı olan və kimsəsiz uşaqlar üçün Novruz şənliyi keçirilib.

AzərTAc xəbər verir ki, ilaxır çərşənbəsi günündə təşkil olunmuş bayram şənliyində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

Tədbirdə Novruz bayramı münasibətilə şou proqram təqdim olunub. Uşaqlara Novruz bayramının adət-ənənələri barədə məlumat verilmiş, viktorina və müxtəlif oyunlar keçirilib.

Konsert proqramı ilə davam etdirilən tədbirin sonunda uşaqlara hədiyyələr paylanılıb.

Qaynar.info