Xəbər lenti

Bakıda sərnişin avtobusu qaçırıldı
Ölkə08:57 13.03.2014

Bakıda sərnişin avtobusu qaçırıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda sərnişin avtobusunu qaçıran şəxsi polis tutub.

ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, qaçırılan “Qafqaz” sərnişin daşıma şirkətinə məxsus “Daewoo” markalı avtobus paytaxtın Atatürk prospektində tapılıb.

Həmin avtobusu Bakı şəhər sakini Vüsal Bədirzadə idarə edirmiş. Polis həmin şəxsi də saxlayıb.

Qeyd edək ki, əməliyyat Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi və Nərimanov rayon Polis İdarəsi 16-cı polis bölməsi əməkdaşları tərəfindən birgə keçirilib.

Qaynar.info