Xəbər lenti

Əsgərimiz yaralandı
Ölkə10:43 10.03.2014

Əsgərimiz yaralandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu xəsarət alıb.

APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin qərb bölgəsində yerləşən hərbi hissəsində qeydə alınıb. 1994-cü il təvəllüdlü əsgər Elmir Sərdar oğlu Hüseynovun əlində patron partlayıb. Nəticədə sağ əlinin üç barmağını itirən əsgər hospitala yerləşdirilib.

Qeyd edək ki, E. Hüseynov Ağcabədi rayonundan hərbi xidməti çağırılıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

Qaynar.info