Xəbər lenti

Bakı metrosunda HƏYƏCAN
Ölkə13:26 28.02.2014

Bakı metrosunda HƏYƏCAN

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qatar tuneldə qaldı

Bakıda metroda problem yaranıb. 

“Axar.az”ın verdiyi məlumata görə, Nərimanov metrostansiyasında yaxın dəqiqələrdə qatarların hərəkətində problem yaranıb. 

Həzi Aslanov stansiyası istiqamətində hərəkət edən iki qatar ardıcıl olaraq Nərimanov metro-stansiyasından Bakmil stansiyasına hərəkət edib. 

Ardınca gələn qatar isə 6 dəqiqə qapıları açıq vəziyyətdə stansiyada qalıb. 

2 dəqiqəlik fasilədən sonra Nərimanov stansiyasına yaxınlaşmaqda olan növbəti qatar platformada dayanan qatarın hərəkət etməməyi üzündən təxminən 4 dəqiqə tuneldə qalmalı olub. Metropolitenin stansiyadakı bələdçilərinin bildirdiyinə görə, buna səbəb texniki nasazlıq ola bilər. 

Qaynar.info