Xəbər lenti

Qar yağacaq
Ölkə08:26 26.02.2014

Qar yağacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda və Abşeron yarımadasında fevralın 27-də hava şəraitinin dəyişkən buludlu, bəzi yerlərdə yağıntılı olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Qaynar.info-ya verilən məlumata görə, Bakıda və yarımadada Mülayim cənub-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 3-5, gündüz 6-10 dərəcə isti olacağı gözlənilir.
 
Azərbaycanın rayonlarında sabah hava bəzi yerlərdə yağıntılı olacaq, dağlıq və dağətəyi rayonlara qar yağacaq.  Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1-6, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 1-6, gündüz 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

Qaynar.info