Xəbər lenti

Sabah qar yağacaq
Ölkə13:51 16.02.2014

Sabah qar yağacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sabah Azərbaycanın bəzi rayonlarında qar yağacaq

“Qafqazinfo” xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Gecə və səhər bəzi yerlərdə zəif duman olacağı, çiskinli az yağış yağacağı ehtimalı var.

Havanın temperaturunun gecə 2-4° isti, gündüz 6-11° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz, lakin gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

Temperatur gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-12° isti, dağlıq ərazilərdə 5-10° şaxta, gündüz 0-5° isti olacaq.

Qaynar.info