Xəbər lenti

Sabah hava necə olacaq?
Ölkə12:12 08.02.2014

Sabah hava necə olacaq?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fevralın 9-da Bakı və Abşeron yarımadasında hava şəraitinin gün ərzində əsasən yağmursuz, lakin fevralın 8-dən 9-na keçən gecə yarımadanın bəzi yerlərində yağıntılı olacağı, səhər tədricən kəsiləcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Qaynar.info-ya verilən məlumata görə, mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 0-3 dərəcə isti, gündüz 5-8 dərəcə isti olacaq.

Fevralın 9-da Azərbaycanın rayonlarında hava gün ərzində əsasən yağmursuz keçəcək, lakin gecə saatlarında Lənkəran-Astara bölgəsində az yağıntılı olma ehtimalı var.

Bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti, dağlarda gecə 4-9 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.

Qaynar.info