Xəbər lenti

İlham Əliyev həmsədrləri qəbul etdi
Ölkə13:38 04.02.2014

İlham Əliyev həmsədrləri qəbul etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyət müzakirə olunub


Azərbaycan  Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib.

Qaynar.info-nun AzərTac-a istinadən verdiyi məlumata görə, İlham Əliyev İqor Popovu (Rusiya), Ceyms Uorliki (ABŞ), Jak Foru (Fransa) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyət müzakirə olunub. Hazırkı vəziyyətin perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Qaynar.info