Xəbər lenti

Ramil Usubov yeni rəis təyin etdi
Ölkə17:29 04.02.2014

Ramil Usubov yeni rəis təyin etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ramil Usubov növbəti kadr dəyişikliyi edib. 

AzNews.az-ın verdiyi məlumata görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov bu gün müvafiq əmr imzalayıb. Əmrə əsasən, Beyləqan Rayon Polis Şöbəsinin (RPŞ) rəisi Təhmasib İbrahimov vəzifəsindən azad edilərək, Suraxanı rayonuna polis rəisi təyin edilib. Beyləqan rayonunun polis rəisi vəzifəsinə isə hələlik təyinat yoxdur. 

Xatırladaq ki, yanvarın 28-də Daxili İşlər Nazirliyində keçirilən kollegiya iclasında Ramil Usubov Suraxanı Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Məmməd Mikayılovu küçə ticarəti ilə mübarizədə yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən kənarlaşdırıb. 

Qaynar.info