Xəbər lenti

Bu günün havası
Ölkə05:55 01.02.2014

Bu günün havası

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə bu gün Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Yollar buz bağlayacaq. Havanın temperaturunun gecə və səhər 4-6, gündüz 1-3 dərəcə şaxta olacağı gözlənilir. 

Azərbaycanın rayonlarında arabir qar yağacağı, bəzi yerlərdə duman olacağı, yolların buz bağlayacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 4-8, gündüz 0-4, dağlarda gecə 13-18, yüksək dağlıq ərazilərdə 18-23, gündüz 3-8 dərəcə şaxta olacağı gözlənilir. 

Qaynar.info